Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Dünya   Video  

Çində beşinci mərtəbədən yıxılan uşağı belə xilas etdilər - VİDEO

Çinin Uqur Sintszyan-Uyğur Muxtar Rayonunda kişi beşinci mərtəbədən yıxılan uşağı xilas edib.

Dərc edilib: 28 may 2019 [11:11]
Baxış sayı: 13810

Bu barədə “Inside Edition” yazır.

Belə ki, beşinci mərtəbənin pəncərəsinə yaxınlaşan iki yaşlı uşaq oradan yıxılıb. Şahidlərin sözlərinə görə, küçədəki yaşlı insanlar onu görsələr də, köməyə gələnə qədər hadisə baş verib.

Avtomobilini həmin pəncərənin aşağısında park edən 28 yaşlı Tonik Turqanbek oğlanı xilas edib. Belə ki, o, uşağı xilas etmək üçün ona tərəf qaçanda uşaq onun üzərinə düşüb.

“Onu görəndə havada idi, aşağıya düşürdü, heç nə haqda düşünmədim, sadəcə, onu tutdum. Sonrasını bilmirəm, çünki bir anlıq huşumu itirdim. Ayılanda ətrafımda polislər və xilasedicilər vardı”.

Uşaq da, onun xilasedicisi də xəstəxanaya çatdırılıb. Uşaq ciddi zədə almayıb. Turqanbekin başında və əlində yara izləri qalıb.



İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201