İsrail parlamenti özünü buraxmaqla bağlı qanun layihəsini təsdiqləyibbackend

İsrail parlamenti özünü buraxmaqla bağlı qanun layihəsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsi 66 səs çoxluğu ilə təsdiqlənib. Bu gün sənədin ikinci və üçüncü oxunuşlar üçün hazırlanması məqsədilə xüsusi komissiya toplanacaq.

Bildirilir ki, qanun layihəsinə əsasən, 21-ci çağırış Knesset buraxılır və ümumi seçkilər 2019-cu il sentyabrın 17-nə təyin edilir.

Məlumata görə, baş nazir Binyamin Netanyahu mayın 29-na kimi hökumət koalisiyası yarada bilməyəcəyi təqdirdə, qanun layihəsi qəbul ediləcək.

Qeyd edək ki, hökumət koalisiyası yaratmaq üçün baş nazirə ayrılmış 42 günlük müddəti sabah axşam başa çatır.

İnterPress.Az