MEDEF-in prezidenti Azərbaycana gələcəkbackend

MEDEF-in prezidenti Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, səfər 10-12 iyulda baş tutacaq.

Nümayəndə heyətinə Fransa Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Jofra Ru Bezyö (Geoffroy Roux Bezieuz), Beynəxalq Fransa Sahibkarlar Təşkilatının (MEDEF İnternational) vitse-prezidenti, Fransa-Azərbaycan Şurasının prezidenti və SUEZ şirkətinin baş direktorunun müavini Mari-Anj Debon (Marie-Ange Debon) və müxtəlif şirkətlərinin nümayəndələri daxildir.

Səfər fransız şirkətlərinin Azərbaycanda müntəzəm və davamlı fəaliyyətlərinnin, qarşılıqlı təcrübə mübadilələrinin və müxtəlif sektorlar üzrə əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Beynəxalq Fransa Sahibkarlar Təşkilatı nəzdində Fransa-Azərbaycan Şurası 1992-ci ildən fəaliyyət göstərir. O vaxtdan, xüsusilə son on ildə Şura Azərbaycanda çoxalmaqda olan fransız şirkətlərinin yararlana biləcəyi çoxsaylı təşəbbüs və tədbirlər görüb. Şura fransız şirkətlərini Azərbaycanda müxtəlif sekorlar üzrə imkanlar barədə, fəaliyyət sahələrinin strukturu və sair barədə vaxtaşırı məlumatlandırır, hüquqi məsləhətlər verir və beləliklə ikitərəfli əlaqələrin gücləndirilməsinə çalışır.(report)

İnterPress.Az