Moskvada Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilibbackend

Moskvada Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi ziyafətdə dövlət xadimləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlı və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iki ölkə arasında olan dostluq münasibətlərinin möhkəmləndiyindən söz açıblar.

Tədbirə Yuli Qusman, Emmanuel Vitorqan, Nikas Safronov və digər tanınmış şəxslər də qatılıb, qonaqlar üçün bayram konserti təşkil olunub.

İnterPress.Az