“Con Snou” serialın bitməsindən depressiyaya düşdü, xəstəxanalıq oldubackend

“Con Snou” serialın bitməsindən depressiyaya düşdü, xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Page Six” məlumat yayıb.

Bir sıra mənbələrin iddiasına görə, 32 yaşlı aktyor elit “Prive-Swiss” klinikasında serialın başa çatması ilə əlaqədar düşdüyü depressiya, stress, taqətsizlik və alkoqolizmdən müalicə olunur. Serialın çəkilişlərinin yekunlaşması aktyora pis təsir göstərib.

Həkimlər onu psixoloji treninqlərə, koqnitiv-davranış terapiyası və meditasiya kurslarına yazdırıb. Serialda onunla birgə çəkilmiş həyat yoldaşı Rouz Leslinin hazırda ərinin yanında olduğu bildirilir.

Klinikada müalicə xərcləri 120 min dollara yaxındır.

Bundan əvvəl sosial şəbəkədə aktyorların “Taxt oyunları” serialının ssenarinin sonluğu ilə tanışlığını əks etdirən videoçarx yayılmışdı. Həmin videoçarxda şounun sonluğuna Harrinqtonun necə emosional reaksiya göstərdiyi və göz yaşını saxlaya bilmədiyi açıq-aydın görünürdü.

İnterPress.Az