8 erməni əsgərini məhv etmişik – RƏSMİbackend

8 erməni əsgərini məhv etmişik – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bəyan edilib ki, Ermənistandakı hərc-mərclik, ordudakı döyüş və qeyri-döyüş itkilərinin sayının çoxalması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin imicinə sarsıdıcı zərbə vurmaqla yanaşı, onları psixoloji tarazlıqdan çıxarır: “Bu cür vəziyyət Ermənistanın hərbi komandanlığının özünü qeyri-adekvat aparmasına səbəb olur, onların cəbhədəki vəziyyəti xeyirlərinə dəyişmək məqsədilə tələm-tələsik, səhv qərarlar verərək uğursuz kəşfiyyat-təxribat əməliyyatları keçirməyə cəhd göstərməsinə və bununla da mənasız itkilərin sayının artmasına şərait yaradır”.

Nazirlikdən qeyd olunub ki, erməni tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv edilib, 4 nəfəri isə ağır yaralanıb: “Təsdiq edilən itkilər ancaq Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi açıqlanandan ən az iki-üç dəfə çoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.

İnterpress.az