Bakı metrosu səhərə qədər işləyə bilərbackend

Bakı metrosu səhərə qədər işləyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar insanların mənzil başına rahat gedişini təmin etmək üçün “Bakı Metropoliteni”nin stansiyaları mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər:

“Bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Final qarşılaşmasının başlayacağı vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Qarşılaşmanı izləməyə gələn insanların metropolitendən təhlükəsiz istifadəsini təmin etmək üçün səhər saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkəti təmin ediləcək. Ehtiyac olarsa, metro stansiyaları sərnişinlər tam daşınana qədər fəaliyyət göstərə bilər.

Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Bu dəqiqə üçün metronun gecə saat 04:00-a qədər işləyəcəyi planlaşdırılıb. Lakin qeyd edilən vaxtdan sonra sərnişinlər olduğu təqdirdə onların da metrodan istifadəsi üçün şərait yaradılacaq və metronun fəaliyyəti səhərə qədər davam edəcək.

May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edir”.

İnterPress.Az