Azərbaycanda daha bir vulkan püskürəcəkbackend

Azərbaycanda daha bir vulkan püskürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Şamaxıda püskürən Məlikçobanlı vulkanıdır:“Eyniadlı kəndin yaxınlığında olan vulkan sakitdir, tez-tez püskürən vulkan deyil. Dünən biz əməkdaşlarımızla birlikdə vulkan püskürən ərazidə olduq. Vulkan püskürməsi zəif olsa da, alov çıxıb və yer səthinə vulkan palçığı tökülüb. Püskürmə çox davam etməyib”.

Şöbə müdiri qeyd edib ki, dünən Məlikçobanlı vulkanı dördüncü dəfə püskürüb:

“Vulkan ilk dəfə 1926-cı ildə püskürüb. 1967 və 1977-ci ildə və ən son dünən eyni hal baş verib. Ən güclü püskürmə isə 1967-ci ildə müşahidə edilib.

Bu il Azərbaycanda dörd vulkanın püskürməsinin gözlənildiyini təxmin edirdim. Artıq onlardan üçü püskürüb”.

İnterPress.Az