Sergey Markov: “Azərbaycan çox vacib ciddi geosiyasi regiona çevrilib”backend

Sergey Markov: “Azərbaycan çox vacib ciddi geosiyasi regiona çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında münaqişə mövcuddur: “Cəmiyyətlər öz kimliklərinə daha çox diqqət yetirirlər”.

Azərbaycan Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

O vurğulaylb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir: “Qafqazda bir neçə xalq yaşayır. Amma Ermənistanda bir xalq yaşayır. Heç bir azərbaycanlı Ermənistanda yaşamır. Çünki Ermənistan monoetnik ölkədir. Azərbaycan, Gürcüstan isə poloetnik ölkədir, burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər Dağlıq Qarabağı işğak ediblər, etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir. Mayın 9-da bir sıra ölkələrdə Qələbə Gününü qeyd edir. Amma Ermənistanda nasist siyasət yürüdülür”.

F.Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırır.

İnterPress.Az