Dövlət Agentliyi: 6 işəgötürən barədə cinayət işi başlanılıbbackend

Dövlət Agentliyi: 6 işəgötürən barədə cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, bu, Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb.

Sənəddə bildirilib ki, monitorinqlər zamanı 3990 nəfər yoxlanılıb və bu işçilərdən 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Hesabatda qeyd olunub ki, ümumilikdə 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq olunub: “Bu faktlar üzrə 527 000 manat həcmində inzibati cərimə tətbiq edilib. Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Baş Prokurorluğuna göndərilib. Ümumilikdə, 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilmiş digər 27 işəgötürən üzrə aşkar edilmiş əməldə Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azad etmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib. Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqları büdcəyə ödənilib. Büdcə ödənişlərinin bərpası ilə yanaşı, vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilmiş 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Vergilər Nazirliyi tərəfindən 468 000 manat həcmində vergi sanksiyası tətbiq edilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1 007 000 manat məbləğində cərimə və sanksiya tətbiq olunub”.

İnterPress.Az