Ağstafada sel suları və dolu fəsadlar törədibbackend

Ağstafada sel suları və dolu fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, təbiət hadisəsi rayonun, əsasən, Böyük Kəsik və Ağgöl kəndlərinə ziyan vurub.

Təxminən, 15 dəqiqə davam edən dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.

Küləklə müşahidə olunan leysan yağışları səbəbindən isə yaranan sel suları kənd yollarını basıb.

Sel suları Ağgöl kəndində vətəndaşa məxsus çardağın hasarınının bir hissəsini uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.(report)

İnterPress.Az