Fransalı futbolçu: “Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkə üçün böyük hadisədir”backend

Fransalı futbolçu: “Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkə üçün böyük hadisədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu “Keşlə”nin sabiq futbolçusu Conatan Ayite “France Football”a açıqlamasında deyib. Başa çatan mövsümdə paytaxt klubunun formasını geyinmiş fransalı forvard Azərbaycan barədə xoş sözlər söyləyib: “Bakıda hər il “Formula 1” keçirilir. Finalda çox adam olacaq, hər yerdə plakatlar vurulub. Təhlükəsizliyə maksimum dərəcədə fikir verilir. Bu baxımdan, şəhərin səviyyəsi həqiqətən yüksəkdir. Cinayətkarlıq yox səviyyəsindədir. Ölkə üçün Avropa Liqasının təşkili müsbət hadisədir. Çünki Azərbaycanı bir qədər də tanıdır. Başa düşürəm, finalın burada keçirilməsi Qərbi Avropa ölkələri üçün bir qədər münasib deyil. Ancaq onlar gördüklərindən yaxşı mənada təəccüblənəcəklər. Başqa yerlərlə müqayisədə, bura demokratiyaya daha yaxındır. Qadınlar işləyə bilərlər, bu sarıdan heç bir porblem yoxdur. Azərbaycanla müqayisədə Türkiyədə bu baxımdan vəziyyət daha sərt və avtoritardır. Azərbaycan Qərbi Avropaya daha yaxındır”.

Toqo əsilli 34 yaşlı forvard Azərbaycandakı futbolun səviyyəsindən də söz açıb. O, “Qarabağ”ı digər komandalardan fərqləndirib: “Ölkədə futbol elə də pis deyil. İki-üç klubları daha güclüdür, qalanları yox. Amma çempionat elə də asan deyil. “Qarabağ” Fransada Liqa 1-də rahat çıxış edə bilər. Digər komandalar Liqa 1 və Liqa 2 səviyyəsindədirlər. Biz Premyer Liqanı sonuncu yerdə bitirdik. Faktiki olaraq, həyəcan qalmamışdı. Çünki yanvardan bilirdik ki, heç bir komanda I Diviziona düşməyəcək.Niyə? Ona görə ki, I Divizionun bütün klublarının büdcəsi yalnız həmin liqaya uyğundur. Yəni, büdcələr arasında ciddi fərq var. Futbol məktəblərinə gəlincə, bu baxımdan problem mövcuddur. Yerli oyunçular peşəkar futbola xammal şəklində gəlirlər. Azərbaycan futbol ölkəsi deyil. Stadionlarda azarkeş çox azdır. Futbolun inkişafı üçün daha çox investor və insanların idmanın bu növünə açıq olmaları lazımdır. Buradakı əhali İngiltərə və Fransa çempionatını izləyir. Amma İtaliya və İspaniya qədər yox. Əksəriyyət PSJ və ya “Lion”u tanıyır”.

Ayite Bakı və Paris arasında bənzərliklərin olduğunu deyib: “Burada həyat çox yaxşıdır. Ailəm Bakıda xoşbəxtdir. Bura kənd yox, böyük şəhərdir. Fransızlar bilmədikləri şeydən qorxurlar. Mən Türkiyəyə gedəndə, bəziləri elə düşünürdü ki, Eldoradoya yollanmışam. İndi orada çoxlu sayda fransalı var.Təxminən 4-5 il sonra Bakıda da elə olacaq. Burada əcnəbilərin durumu həqiqətən yaxşıdır. Maykl Essyenin gəlişi ilə əlavə qapılar açılmış olacaq. Onunla bir az danışdım. İşinin çox olduğunu söylədi. O, bir qədər səfirə bənzəyirdi. Buradakı insanların Fransadan xoşları gəlir. Niyəsini bilmirəm. Ağ Şəhər adlı böyük məhəllə var. Oradakı binalar Parisdəkilərinə bənzəyir. Fransa və digər dillərdə olan məktəblər mövcuddur”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin \”Arsenal\” və \”Çelsi\” komandalarının iştirakı ilə keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

İnterPress.Az