Bakıda UEFA İcraiyyə Komitəsinin iclası başlayıbbackend

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə UEFA prezidenti Aleksander Çeferin və İK üzvləri qatılıblar.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

2. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

3. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

4. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

5. UEFA İntizam qaydaları (2019 buraxılışı)

6. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

7. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

8. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

9. UEFA Avropa Gənclər çempionatlarının formatı

10. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

11. UEFA Grassroots mükafatı 2019

Qeyd edək ki, İK üzvləri sırasında Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi, İtaliya \”Yuventus\”unun prezidenti Andrea Anyelli kimi tanınmış şəxslər var.

İnterPress.Az