Moskvada Respublika günü və diplomatik orqanların 100 illiyinə həsr olunan qəbul keçirilibbackend

Moskvada Respublika günü və diplomatik orqanların 100 illiyinə həsr olunan qəbul keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən qəbulda Rusiya Xarici işlər nazirinin müavini Qriqori Karasin, Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın tanınmış dövlət, ictimaiyyət və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb, Respublika günü ilə bərabər diplomatik xidmətin yaranmasının 100 illiyini qeyd etdiklərini söyləyib: \”Düz 100 il bundan öncə iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Katibliyi haqqında Təlimat qəbul olunub. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev 9 iyul tarixinin Azərbaycanda hər il diplomatların peşə bayramı kimi qeyd olunması haqqında müvafiq sərəncam imzalayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət uğurla davam etdirilir. Prezidenti İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyi dünyanın 70-dən çox ölkəsində nümayəndəlikləri ilə dayanıqlı struktur formalaşdırıb\”.

Çoxistiqamətli xarici siyasət yürütməsi sayəsində Azərbaycanın Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə dostluq və qarşılıqlı sərfəli münasibətlər qurduğuna diqqət çəkən diplomat bunun əsasında istisnasız olaraq milli maraqların dayandığını qeyd edib.

Səfir Polad Bülbüloğlu çıxışında Azərbaycan-Rusiya münasibətlərinin hazırki vəziyyətindən danışıb: \”İki ölkənin liderləri arasında şəxsi əlaqələrin mövcudluğu dövlətlər arasında hərtərəfli strateji əməkdaşlıq üçün möhkəm və əlverişli əsas yaradır. Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlərdəki vəziyyət dövlətlərimizə ticarət, iqtisadi və investisiya əlaqələrini artırmağa imkan verir. Bu gün Rusiyanın 20-dən çox subyekti ilə Azərbaycan arasında müvafiq sazişlər var. Ticarət nümayəndəlikləri açılır, biznes inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ildən ilə artır\”.

Mərasimdə çıxış edən Rusiya XİN başçısının müavini Qriqori Karasin Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətlərinin bağladığını söyləyib: \”Bu münasibətlərin əsasında bərabərhüquqluluq, mehriban qonşuluq, çoxəsrlik dostluq ənənələri, ümumu tarix və mədəniyyət prinsipləri dayanır. Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər möhkəm əsas üzərində qurulub. İki ölkənin regionları arasında isti, qeyri-formal və etibarlı əlaqələr qurulub. Əlbəttə ki, dövlət başçıları arasındakı münasibətlərin səviyyəsi olduqca yüksəkdir, onlar daim təmasdadırlar. 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri altı dəfə görüşüblər. Hazırki vəziyyətdə dünyada koordinasiyanın bu cür səviyyəsi və qarşılıqlı etimad xüsusilə vacibdir. Bu gün ötən ilki münasibətlərdəki müsbət dinamikanı qoruyub saxlamaq üçün bütün imkanlar var\”.

Mərasim musiqi proqramı ilə davam etdirilib.(ona)

İnterPress.Az