Latviya parlamenti ölkənin yeni prezidentini seçibbackend

Latviya parlamenti ölkənin yeni prezidentini seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az BNN-ə istinadən xəbər verir ki, bu gün Saeima (Latviya parlamenti) növbədənkənar iclasında prezidentliyə Egils Levits, Yuris Yansons, Didzis Smitsin namizədliklərini müzakirə edib.

Nəticədə səsvermə zamanı 61 səs lehinə, 32 səs əleyhinə olmaqla iqtidar koalisiyasının namizədi E.Levits ölkənin yeni dövlət başçısı seçilib.

Hamburq Universitetinin məzunu olan E.Levits 1991-ci ildə ölkəsinin Müstəqillik Bəyannaməsinin müəlliflərindən biri olub. Sonrakı dövrdə diplomat kimi çalışan yeni prezident ölkəsini Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib, deputat kimi siyasi fəaliyyətdə olub.

İnterPress.Az