SOCAR-ın Türkiyə qaz satışı bazarında payı 7%-ə çatacaqbackend

SOCAR-ın Türkiyə qaz satışı bazarında payı 7%-ə çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az bu barədə “SOCAR Turkey Enerji”nin ötən ilki hesabatına əsasən, xəbər verir.

“2019-cu ildə yekunlaşması nəzərdə tutulan qazpaylama şirkətləri satınalınması ilə birlikdə daxili istehlak miqdarında ciddi artım təmin olunaraq ölkə istehlakının təxminən 7%-inə sahibolma gözlənilir”,- məlumatda qeyd edilib.

Hesabata əsasən, Türkiyədə təbii qaz satışını həyata keçirən “SOCAR Gaz” 2013-2018-ci illərdə 6 mlrd. kubmetr qaz satışı həyata keçirib.

“Şirkət 2013-2018-ci illər ərzində təslim aldığı təxminən 6 mlrd. kubmetr təbii qazı başda Əliağa bölgəsindəki “SOCAR Turkey”in sənaye müəssisələri olmaqla, Türkiyə bazarına tədarük edib.“SOCAR Gaz” alternativ mənbədən qaz tədarük edən yeganə özəl sektor şirkətidir.

“SOCAR Gaz” Azərbaycan qazını alternativ olaraq təqdim etdiyi Türkiyə bazarında təxminən 2,5% paya sahibdir.

Əliağa bölgəsindəki “SOCAR Turkey” müəssisələrinin illik təbii qaz istehlakı təxminən 1,5 mlrd. kubmetrdir. Yeni layihələrlə qarşıdakı illərdə bu miqdarın artması nəzərdə tutulur”,- hesabatda bildirilib.

Qeyd edək ki, “SOCAR Gaz” Azərbaycan və Türkiyə Hökuməti arasında 2010-cu ildə imzalanmış anlaşma memorandumuna əsasən ildə 1,2 mlrd. kubmetr təbii qazın tədarükünə 2013-cü ildə başlayıb.

SOCAR bu ilin yanvar ayında Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding” və qrupa daxil olan şirkətləri satın alıb. “EWE Turkey Holding”ə “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri daxildir.

İnterPress.Az