Ramil Şeydayev: Mxitaryanın hərəkəti normal deyilbackend

Ramil Şeydayev: Mxitaryanın hərəkəti normal deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu millimizin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev Sport24.ru saytına verdiyi müsahibədə deyib.

O, Rusiya saytına verdiyi geniş müsahibədə Bakıda keçiriləcək Avropa liqası və Henrix Mxitaryanın paytaxtımıza gəlməməsi ilə bağlı sualı cavablandırıb:

“Hesab edirəm ki, bu, normal deyil. Siyasəti idmanla qarışdırmaq olmaz. Bu faktdır ki, ona bütün tərəflərdən təhlükəsizlik zəmanəti verilmişdi. Ancaq o getməməyə qərar verdi. Bu isə ondan xəbər verir ki, o, bu situasiyaya məhz siyasi nöqteyi-nəzərdən yanaşır.

Xatırlamıram ki, Bakıda hardasa, nə vaxtsa kiməsə sataşıblar. Yəqin ki, hansısa təxribatçılar tapılardı ki, ona nəsə qışqırardılar… Ancaq belə şeylər hər yerdə baş verir. Bakıda güləş, boks ürə dünya çempionatları olub. Erməni idmançılar bura gəlib. Mən orada bir il yaşamışam və orada nəsə baş verdiyini xatırlamıram.

Bakı sakit, dinc şəhərdir. Və sənə səfir deyirsə ki, hər şey yaxşı olacaq… Ümumiyyətlə, bu, doğru deyil. Ola bilsin ki, həqiqətən, onun Bakıya getməməsi Dağlıq Qarabağa səfəri ilə bağlıdır. Ancaq Azərbaycanda ermənilər yaşayır, bunu mən dəqiq bilirəm. Bu, siyasətdir və burda həqiqətin harada olduğunu başa düşmək çətindir”.

O daha sonra “Krılya Sovetov”dakı komanda yoldaşı Aleksandr Səmədovun Avropa Liqasının finalının səfiri olduğunu və Azərbaycandakı matçı izləməyə gedəcəyini bildirib.

Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.

İnterPress.Az