Elnur Niftəliyevin müəllifi olduğu film Gəncədə maraqla qarşılanıbbackend

Elnur Niftəliyevin müəllifi olduğu film Gəncədə maraqla qarşılanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutub.

“Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filminin müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir.

Ekran əsərində Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib. \”Unudulmaz\” sənədli filminin Bakıyla yanaşı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Daşkənddə, Vaşinqtonda, Ankarada təqdimat mərasimləri də təşkil edilib. Bakı şəhərində o cümlədən müxtəlif şəhər və regionlarda da film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan birliyin sədri Nigar Ələsgərova təqdimatın əsas məqsədinin ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti fonunda onun vətən sevgisi və ömrünün Klivlend səhifəsi haqqında gənclərin məlumatlandırılmasına xidmət etmək olduğunu bildirib. Daha sonra filmin müəllifi Elnur Niftəliyev çıxış edib. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, Millət vəkili Pərvin Kərimzadə də çıxış edərək filmin əhəmiyyəti, təbliğat vasitəsi kimi önəmindən söz açıb.(SalamNews)

Elnur Niftəliyevin müəllifi olduğu film Gəncədə maraqla qarşılanıb

Elnur Niftəliyevin müəllifi olduğu film Gəncədə maraqla qarşılanıb

İnterPress.Az