İndiyədək AÇG-dən 485 mln. ton neft hasil edilibbackend

İndiyədək AÇG-dən 485 mln. ton neft hasil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.

Onun sözlərinə görə, AÇG layihəsinə 36 mlrd.ABŞ dolları sərmayə qoyulub.

\”Son 23 ildə ölkə iqtisadiyyatına təxminən 263 mlrd.dollar investisiya qoyulub ki,bunun 100,6 mlrd. dolları neft sektorunun payına düşür. Bu gün biz bir tərəfdən neft ehtiyatlarının işlənilməsi ilə neft sənayesini investisiyalarla təmin edirik, digər tərəfdən neftin qiymətinin sabitləşdirilməsi prosesində iştirak edirik, eyni zamanda neftin qiymətlərindən asılılığın azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifad edilməsi istiqamətində tədbirlər görürük\”,- deyə nazir qeyd edib.

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

Hazırda AÇG-də 8 dəniz platforması – 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir.

İnterPress.Az