Gələn il Azərbaycanda qaz hasilatının həcmi 40 mlrd. kubmetri ötəcəkbackend

Gələn il Azərbaycanda qaz hasilatının həcmi 40 mlrd. kubmetri ötəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.

\”Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir.2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin.Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib\”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə,TANAP-la indiyə kimi Türkiyəyə 1.8mlrd. kubmetr qaz nəql edilib. Nazir bildirib ki, \”Şahdəniz\” yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. kubmetr artacaq: \”Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 mlrd.kubmetri ötəcəyi gözlənilir\”.

İnterPress.Az