ABŞ: “Rusiya işğalçı siyasət yürüdür”backend

ABŞ: “Rusiya işğalçı siyasət yürüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Ukraynadakı vəziyyəti şərh edərkən bildirib.

ABŞ təmsilçisinin sözlərinə görə, Rusiya eskalasiya yolu ilə gedir: “Ukraynanın şərqindəki sepratçıların hazırlanmasını və təminatını həyata keçirməklə Rusiya özünün beynəlxalq öhdəliyini pozur. Hazırkı şərait çox təhlükəlidir. Çünki Rusiya yenə də terrorçuların hazırlığı və ağır texnikaya təmini ilə məşğuldur və onları döyüşə yönləndirir. Bu da Minsk razılaşmasının, Ukraynanın suverenliyinin və beynəlxalq hüququn pozulması deməkdir”.

Paurer bildirib ki, Rusiya sülhə nail olmaq istəyirsə, hazır sülh planı olan Minsk razılaşmasına əməl etməlidir: “Rusiyanın ənənəvi taktikası olan münaqişəni dondurmaq cəhdi başqa ölkənin ərazisinin işğal olunması deməkdir”.

Pauer həmçinin qeyd edib ki, Minks razılaşmasının imzalandığı sentyabr ayından bu günə kimi Rusiya bölgəyə 100-dən çox artilleriya qurğusu və onlarla ağır zirehli texnika göndərib.

İnterpress.az