Bakıda Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsi başlayırbackend

Bakıda Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdarədən verilən məlumata görə, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freyvə Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək.

Müsabiqənin açılışı iyunun 1-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularun ustad dərslərində iştirak edəcək, saat 14:00-da isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.

İnterPress.Az