“UEFA Avropa Liqasının finalı 2019”a həsr olunmuş poçt markası buraxılıbbackend

“UEFA Avropa Liqasının finalı 2019”a həsr olunmuş poçt markası buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, orijinal poçt vərəqi 2 növ maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100×132 mm, markanın ölçüsü isə 40×28 mm-dir.

Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.

İki növ markadan ibarət olan kiçik poçt vərəqlərinin tirajı 5 min nüsxə, hər markanın tiraji isə 20 min nüsxə təşkil edir.

Buraxılışa əlavə olaraq 200 ədəd “İlk gün” zərfi də dövriyyəyə buraxılıb.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular iştirak edib. Komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.

İnterPress.Az