Firudin Qurbanov: Təhsil sahəsində müəyyən problemlər varbackend

Firudin Qurbanov: Təhsil sahəsində müəyyən problemlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və həmin şagirdlərin hər birinin özünəxas xarakteri var: \”Tədqiqatlar da göstərir ki, bir uşağın xarakteri 3-5 yaş arasında formalaşır\”.

Nazir müavini qeyd edib ki, məktəblərdə təlim-tərbiyə işi təkmilləşdirilir, hər hansı təhsil müəssisəsində fövqəladə hal baş verdikdə aidiyyəti orqanlara müraciət olunur: \”Bu yaxınlarda bir qız uşağı özünü yaşadığı mənzildən atmışdı. Onun həyatını xilas edə bildik. Qaradağ rayonunda da oğlan uşağı özünü 2-ci mərtəbədən atmışdı. Biz bu məsələlərə həssaslıqla yanaşdıq. Onların həyatı xilas edildi. Cəlilabadda bir müəllim döyüldü. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Lakin bu məsələ bir sıra saytlarda bir qədər başqa formada təqdim edildi\”.

İnterPress.Az