Rövnəq Abdullayev: “Bu ilin sonunadək Azərbaycanın ümumi qaz hasilatında 20%-lik artım proqnozlaşdırılır”backend

Rövnəq Abdullayev: “Bu ilin sonunadək Azərbaycanın ümumi qaz hasilatında 20%-lik artım proqnozlaşdırılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qaz hasilatının önəmli dərəcədə artırılması ölkədə xaricdən qaz idxalını tamamilə dayandırmaq imkanı yaratdı.

\”Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20%-lik artım proqnozlaşdırılır. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə davam edəcək\”, – deyə R. Abdullayev qeyd edib.

O həmçinin bildirib ki, bu müsbət trend həm də qaz emalı və kimyası sənayesinin inkişafı üçün yeni üfüqlər açır, şirkəti indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən müəssisələr yaratmağa ruhlandırır.

İnterPress.Az