Yaxın zamanda “Qarabağ” yatağında yeni mərhələyə keçiləcəkbackend

Yaxın zamanda “Qarabağ” yatağında yeni mərhələyə keçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.

“Equinor” şirkəti ilə birgə layihələndirilən “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər də böyükdür. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2021-2022-ci illərdə əldə olunması gözlənilir”, – o deyib.

R.Abdullayev qeyd edib ki, əsas hədəflərimizdən biri neft hasilatını sabit saxlamaqla yanaşı, qaz hasilatını daha da artırmaqdır:

“2018-ci ildə qaz hasilatının önəmli dərəcədə artırılması respublikamıza xaricdən qaz idxalını tamamilə dayandırmaq imkanı yaradıb. Bu ilin sonuna qədər ümumi qaz hasilatında 20 faiz artım proqnozlaşdırılır. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə davam edəcək.

Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni üfüqlər açır. Bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən müəssisələr yaratmağa ruhlandırır”.

İnterPress.Az