Nazirlik bəzi universitetlərin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı məlumatlara münasibət bildiribbackend

Nazirlik bəzi universitetlərin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı məlumatlara münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, Türkiyə tərəfindən hansısa universitetin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: \”Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək\”.

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

İnterPress.Az