Kürdəmirdə taxıl zəmisində baş verən yanğın söndürülüb – YENİLƏNİBbackend

Kürdəmirdə taxıl zəmisində baş verən yanğın söndürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, rayonun Yenikənd kəndi əraziaində Fikrət Abdullayeva məxsus ümumi sahəsi 44 hektar taxıl sahəsinin 2 hektar sahəsində baş verən yanğın söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb.

Hazırda fermerə dəyən ziyan araşdırılır.

*** 12:17

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın başlayıb.

İnterPress.Az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl zəmisində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

İnterPress.Az