Oqtay Əsədov: “Azərbaycanı Tacikistanla müqayisə edirsiniz”backend

Oqtay Əsədov: “Azərbaycanı Tacikistanla müqayisə edirsiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən söyləyib.

“Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir dənə müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, – deyə O.Əsədov əlavə edib.

İnterPress.Az