Zamirə Hacıyevanın 10 illik “xırda” xərcləri: 16,2 milyon funt sterlinq nəyə sərf olunub?backend

Zamirə Hacıyevanın 10 illik “xırda” xərcləri: 16,2 milyon funt sterlinq nəyə sərf olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zamirə Hacıyevanın 10 illik “xırda” xərcləri: 16,2 milyon funt sterlinq nəyə sərf olunub? xəbər verir ki, Britaniya mətbuatı 55 yaşlı Zamirə Hacıyevanın 2006-16-ci illərdə Londonun bahalı “Harrods” univermağında 16 milyon 209 min 77 funt sterlinq xərclədiyini təsdiqləyən sənədlər aşkarlayıb.

Sabiq bankirin xanımının son 10 ildə havaya sovurduğu milyonların “təyinat”ı:

4,9 milyon funt – Boucheron v Cartier zərgərlik firmalarının məmulatları;

332 min funt – arrtıq bağlanmış sendviç kafesi;

300 min funt Celine brend mağazası;

251 min funt – uşaq oyuncaqları;

24 min funt – çay və kofe;

10 min funt – meyvə-tərəvəz;

32 min funt – Godiva şokoladları.

Maraqlıdır ki, Hacıyeva qeyd olunan univermaqda alış-veriş zamanı 11 dəfə 250 min funtdan artıq məbləğdə bazarlıq edib.

Prokurorluğun məlumatına əsasən, o, ərinin vaxtilə rəhbərlik etdiyi bankdan götürdüyü 35 kredit kartından istifadə edib.

Xatırladaq ki, Böyük Britaniyanın hüquq-mühafizə orqanları Zamirə Hacıyevanın əmlakına qarşı ilk dəfə 2018-ci il oktyabrın 10-da sanksiya tətbiq ediblər.

Bundan sonra London məhkəməsi ilin noyabrında Hacıyevanın həbsinə dair qərar çıxarıb. Lakin hakim 500 min funt sterlinq girov qarşılığında Hacıyevanın Naytsbricdə ev dustaqlığına buraxılmasına razılıq verib.

Hacıyevanın “Harrods”da 16 milyon funt sterlinq sərf etməsi və 20 milyon funt sterlinq dəyərində daşınmaz əmlak aldığı aşkarlandıqdan sonra ona qarşı qanunsuz pul mənimsəməsi ittihamı irəli sürülüb.

İnterPress.Az