Vitaliy Bəylərbəyov: “Avropa səbirsizliklə Azərbaycan qazını gözləyir”backend

Vitaliy Bəylərbəyov: “Avropa səbirsizliklə Azərbaycan qazını gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazı Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəql edilir: “Biz əminik ki, növbəti illərdə Trans-Adriatik Boru Kəməri (TAP) də işə salınacaq və “Şahdəniz” yatağından hasil edilən təbii qaz Avropaya nəql ediləcək. Çünki onlar səbirsizliklə Azərbaycan qazını gözləyir”.

V.Bəylərbəyov onu da bildirib ki, təbii qazın gələcəyi var: “Biz də Azərbaycan qazını son istifadəçiyə təqdim edəcək bir layihə təqdim etmişik. Bu gün dünyada qaza tələbat artır. Azərbaycan isə bu qazı verməyə hazırdır və gələcəkdə onun həcmini artıracaq”.

İnterPress.Az