Əfqan İsayev: “TANAP-ın inşası üzrə işlərin 99,6%-i icra edilib”backend

Əfqan İsayev: “TANAP-ın inşası üzrə işlərin 99,6%-i icra edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən \”Cənub Qaz Dəhlizi\” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, kəmərin tikintisi çərçivəsində 6,2 mlrd. ABŞ dolları həcmində vəsait xərclənib. Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir.

Qeyd edək, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək.

Xatırladaq ki, TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

İnterPress.Az