Cənub Qaz Dəhlizinə xərclənən vəsait açıqlanıbbackend

Cənub Qaz Dəhlizinə xərclənən vəsait açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz konfransında məlumat verib.

Onun sözlərinə görə, ümumi dəyəri 21,9 mlrd. dollar təşkil edən \”Şahdəniz -2\” layihəsi üzrə aprelin sonuna 18,8 mlrd. dollar xərclənib. \”Şahdəniz-2\” üzrə ilk qazın alınması üçün işlər tam yekunlaşıb, ümumi işlər isə 92,6% yerinə yetirilib.

CQD-nin baş direktoru Cənubi QafqazBoru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,3 mlrd. dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd.dollar olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 6,2 mlrd. dollar təşkil edib: \”Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir. 2018-ci il iyunun 30-da TANAP-la Türkiyəyə ilk kommersiya qazı nəql olunmağa başlanıb.TANAP üzrə 99,6% işlər yekunlaşıb\”.

Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 3,6mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,6 mlrd. avro olduğunu bildirib.

Onun sözlərinə görə, bu layihə üzrə işlər 87,5% yekunlaşıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

İnterPress.Az