Nazir müavini: “Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır”backend

Nazir müavini: “Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan \”Ümumi təhsil haqqında\” qanunla bağlı çıxışında qeyd edib.

O bildirib ki, müəyyən tələblər müəyyənləşməlidir: \”Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, müasir olmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır\”.

İ.İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir: \”Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək\”.

Nazir müavini onu da əlavə edib ki, məcburi şəkildə peşə yönümlü xidmətlər təşkil ediləcək.

İnterPress.Az