Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazir: Bu il Azərbaycanda yaradılan sənaye parkı və məhəllələrində daha 23 müəssisə fəaliyyətə başlayacaq

Azərbaycanda fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib.

Dərc edilib: 30 may 2019 [16:44]
Baxış sayı: 4445

İnterPress.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTAc"a müsahibəsində bildirib.

O bildirib ki, Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar: “Qeyd edilən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq”.

Nazir həmçinin qeyd edib ki, indiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.

Xatırladaq ki, Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121