Bakıda şirkət direktorunun 350 minlik ofisi yerlə yeksan edildibackend

Bakıda şirkət direktorunun 350 minlik ofisi yerlə yeksan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a şirkətin direktoru Akimov Kamal Akimoviçin vəkili Kamandar Nəsibov verib. Vəkil bildirib ki, Akimov Kamal həmin qeyri-yaşayış sahəsini 11 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Ramakayeva Venera Ravilevnadan 350 min manata alıb. Həmin məbləği ödəmək üçün iddiaçı kredit götürüb.

2012-ci ilin yay aylarında qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü işləri aparılıb. Həmin vaxt idddiaçı hadisə yerinə gəldikdə ondan üzr istənilib və söküntünün bilmədən aparıldığı deyilib: “Həmin vaxt iddiaçı ilə bu barədə özünü Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Qurban adlı şəxs danışıb. Bundan sonra təqribən 10 gün müddətində qeyri-yaşayış sahəsində heç bir söküntü işi aparılmayıb. 10 gündən sonra yenidən söküntü işləri aparılıb və bu dəfə də bir hissə sökülüb. İddiaçı etiraz etdikdə yenə üzr istənilib və söküntü dayandırılıb.

Bindan sonra iddiaçı söküntü işlərinin qarşısını almaq üçün hər biri aylıq 5000 gəlir gətirən “Sterlinq Gruop” MMC-yə məxsus olan 3 ədəd yük avtomobilini 1,5 ay qeyri -yaşayış sahəsinin qarşısında saxlayıb. Avtomobillərin çəkilməsindən dərhal sonra ofis sökülərək yerlə-yeksan edilib. Bundan sonra iddiaçı şifahi qaydada cavabdeh «Azimport» Açıq Səhmdar Cəmiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə, rayon polis idarəsinə müraciət etsə də qeyd olunan qurumlardan heç biri ona köməklik göstərməyib. Özünü «Azimport» Açıq Səhmdar Cəmiyyətinin direktoru kimi təqdim etmiş Rafiq adlı şəxs bildirib ki, qeyd olunan söküntü işləri onlar tərəfindən aparılmır. Lakin söküntü işlərini aparan avtomobillərin üzərinə “Azimport” yazılıb.

Ofisi sökülən şirkət direktoru “Sterlinq Group” MMC üçün “Yeni Həyat”da yerləşən ofis sahəsinə aylıq 3000 AZN ödəməklə icarəyə götürüb”.
K.Nəsibovun sözlərinə görə, ötən müddət ərzində Akimov Kamalın şirkətinə məxsus ofisin ona qaytarılması ilə bağlı tələbi yerinə yetirilmədiyindən o, Səbail məhkəməsində iddia qaldırıb. İddiaçı ofisinin əvvəlki qaydada bərpa edilərək şirkətə qaytarılmasını və ona dəyən zərərə görə “Azimport”ASC-dən 94 500 manat tələb edir.

Elnarə
İnterpress.az