Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakı metrosunda qadın özünü qatarın altına ataraq intihar edib - YENİLƏNİB

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihar hadisəsi baş verib.

Dərc edilib: 31 may 2019 [10:33]
Baxış sayı: 6344

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib.

İnterPress.Az-ın məlumatına görə, bir qadın özünü qatarın altına atıb.

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb.

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, həmin şəxs 54 yaşlı Aciyə Əmirovadır və məqsədi elə intihar etmək olub.

"Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir", - metro rəsmisi deyib.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121