Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Elxan Məmmədov: “Avropa Liqasının Bakıdakı finalı ilə bağlı heç bir mənfi rəy olmayıb”

“Təkcə London deyil, digər ölkələrdən də ölkəmizə gələn “Arsenal” və “Çelsi” azarkeşi olan xarici turistlərin ümumi sayını müsbət qiymətləndirirəm”.

Dərc edilib: 31 may 2019 [10:17]
Baxış sayı: 3180

İnterPress.Az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Böyük Britaniya mətbuatına açıqlama verən qurum rəsmisi Bakıda keçirilən Avropa Liqasının “Çelsi” və “Arsenal” arasında final oyunu (4:1) barədə fikirlərini açıqlayıb: “Tribunalarda boş qalan yerlərin çoxu komandaları finala çıxmamışdan əvvəl bilet alan Almaniya “Ayntraxt”ının azarkeşlərinə məxsus idi. Biz həmin biletlərin satılmamasından məyus deyilik. Düşünürəm ki, həmin fanatlar biletləri satmayıb özlərində saxlamağa qərar veriblər”.

Məmmədov 30 min xarici və 22 min yerli azarkeşlin izlədiyi matçın əla ab-havada keçdiyini bildirib: “Şəhərdə əsl bayram idi. Oyundan əvvəl şəhər London küçələrinə bənzəyirdi. Bu, “Arsenal” və “Çelsi” azarkeşlərindən ibarət publika idi. Əyləncələrə gəlincə, stadionda yaxşı proqramlar təşkil olundu, açılış mərasimi də yaxşı alındı. Çalışdıq ki, yaxşı atmosfer yaradaq”.

E.Məmmədov Azərbaycanın finalı təşkil etmək işinin öhdəsindən layiqincə gəldiyini bildirib: “Bu, bizim üçün yaxşı sınaq oldu. Biz bütün nəqliyyat və təşkilatçılığı sınadıq. Bir daha analiz edəcəyik. Lakin heç bir mənfi rəy olmayıb. Bu, böyük hadisə idi və bizim Bakıda nələr təşkil edə biləcəyimizin göstəricisi idi”.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121