Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ramil Quliyev İsveçdə növbəti medalını qazandı

Azərbaycanlı atlet Ramil Quliyev İsveçin paytaxtı Stolkholmda keçirilən Brilyant Liqa yarışının 200 metr yarışlarında növbəti medalını qazanıb.

Dərc edilib: 31 may 2019 [10:45]
Baxış sayı: 4328

İnterPress.Az xəbər verir ki, Türkiyə adından çıxış edən Quliyev finişə 20.40 saniyəyə çatmaqla ikinci olub.

Halbuki o, ötən il bu yarışda 19.22 nəticə göstərərək birinci olmuşdu.

Qeyd edək ki, birinci yeri kanadalı Aaron Braun tutub. O, 20.06 saniyəyə finişə çatıb. Trinidada və Tobaqodan olan Cerim Riçards isə 20.45 nəticə ilə bürünc medal qazanıb.

Yeri gəlmişkən, Aaron Braun Ramil Quliyevi necə qabaqlamasından danışıb:

“Bilirəm ki, 200 metrdə dünyada ən yaxşı start götürənlərdən biriyəm. İlk 100 metri sürətli qaçıram. Mənim rəqiblərim finişə yaxınlaşanda çox güclü qaçırlar. Ona görə də başlanğıcda onlarla aramdakı fərqi yaratdığıma əmin oldum və sonra bu məsafəni qorumağa çalışdım.

Oyun planım belədir. Quliyev güclü finişçidir. O, bir neçə dəfə məni keçib. Amma bu dəfə onunla aramda məsafə qoymağa çalışdım və bunu sonadək qoruyub saxladım”.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162