Heydər Əliyev Mərkəzində Cüzeppe Verdinin “Rekviyem” əsəri təqdim olunacaqbackend

Heydər Əliyev Mərkəzində Cüzeppe Verdinin “Rekviyem” əsəri təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzdən verilən məlumata görə, görkəmli italyan bəstəkar Cüzeppe Verdinin məşhur \”Rekviyem\” əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunacaq.

Əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edəcək. Solist olaraq Azərbaycandan Azər Zadə (tenor), almaniyalı Mareyke Yankovski (mezzo-soprano), italiyalı Antonio Di Matteo (bass) və rusiyalı Yelena Mixailenko (soprano) çıxış edəcək. Klassik musiqi gecəsi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçəcək.

\”Rekviyem\” dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossinin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi – \”Libera me\” düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi \”Rekviyem\”i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.

1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. \”Rekviyem\” 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər LaSkala teatrında böyük uğurla ifa edilir.

Texniki mürəkkəbliklərlə zəngin, geniş ifaçı tərkibi tələb edən yeddihissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək mümkündür.

İnterPress.Az