“Neftçi”nin sabiq baş məşqçisi: “Finalda “Çelsi” və “Arsenal”ın biabırçı çıxışı Bakının günahı deyil”backend

“Neftçi”nin sabiq baş məşqçisi: “Finalda “Çelsi” və “Arsenal”ın biabırçı çıxışı Bakının günahı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu \”Sovetskiy Sport\”a müsahibəsində \”Neftçi\”nin sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. Bakının gözəl şəhər olduğunu deyən çexiyalı mütəxəssis Azərbaycan paytaxtından xoşunun gəldiyini bildirib: \”Orada çoxlu dostum var. Hamısını sevirəm\”.

İngiltərə \”Arsenal\”ının erməni futbolçusu Henrix Mxtitaryanın Avropa Liqasının finalına gətirilməməsinə mübasibət bildirən Petrjela belə halların hər yerdə baş verdiyini vurğulayıb: \”Onlar Ermənistanla düşməndirlər. Məgər bu, dünyada yeganə münaqişədir? Stadionla bağlı məsələlərlə razıyam, amma siyasəti məsələyə qatmaq lazım deyil\”.

Bakı Olimpiya Stadionunun özünün \”Neftçi\”də çalışdığı dövrdən sonra tikildiyini deyən 66 yaşlı mütəxəssis bu arenanın çox böyük olduğunu və tribunaların meydandan uzaqda yerləşdiyini etiraf edib. Bununla yanaşı, o, insanların finalda oynanılan futbol barədə susduqları halda, şəhər və futbol arenası haqqında pis fikirlərin səsləndirilməsini anlaşılmaz adlandırıb: \”Çelsi\” və \”Arsenal\”ın biabırçı çıxışı Bakının günahı deyil. Bu, dəqiqdir. İlk yarıda ümumiyyətlə, yatmaq olardı. Final adına çox zəif oyun gedirdi. İkinci hissədə futbolçular qaçsalar da, yenə fərqi yoxdur. İstənilən halda, oynanılan futbol məni qane etmədi. Çempionlar Liqasının finalını gözləyirəm. Fikrimcə, hamı zövq alacaq. Yalnız Petr Çexə üzülürəm. Kədərli hal odur ki, belə əla futbolçu karyerasını bu cür notlarla bitirdi. O, daha parlaq sonluğa layiq idi. Amma nə etməli? Digər tərəfdən, ən yaxşısı, son oyunun finalda olmasıdır, nəinki buna çox qalmış…\”

Qeyd edək ki, Vlastimil Petrjela \”Neftçi\”də 2007-ci ilin avqustundan 2008-ci ilin yanvarınadək çalışıb. Avropa Liqasının final matçında \”Çelsi\” Arsenal\”ı 4:1 hesabı ilə məğlub edib.

İnterPress.Az