Ərəb ölkələri İrana qarşı birləşiblərbackend

Ərəb ölkələri İrana qarşı birləşiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bu barədə “Reuters” Ərəb Ölkələri Liqasının Məkkədə keçirilən iclasının yekunlarına verilmiş qərara istinadən yazıb. Bildirilir ki, liqa üzvləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin neft infrastrukturlarına hücumdan sonra öz milli maraqlarını qorumaq hüququnu dəstəkləyiblər. İclasda yalnız İraq etiraz edib və müttəfiqləri Tehranın daxili işinə qarışmamağa və bölgədə vəziyyətin eskalasiyasından çəkinməyə çağırıb.

İran isə ittihamlara cavab verib. “Bir sıra ərəb ölkələri tərəfində İrana qarşı səsləndirilən ittihamların əsası yoxdur. Biz bu bəyanatları pisləyirik. Onların İrana qarşı münasibətləri yanlışdır”,- deyə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

Qeyd edək ki, mayın 13-də Səudiyyə Ərəbistanı Oman körfəzində iki neft tankerinə hücum olması barədə açıqlama yayıb. Bildirilir ki, hadisə ABŞ-ın İran tərəfdən hücumun olacağı ilə bağlı xəbərdarlığından sonra baş verib. Daha 2 kommersiya gəmisi həmin gün Birləşmiş Ərəb Əmirliklərindəki Fuceyra limanında zərər görüb. ABŞ və müttəfiqləri hücumlarda İranı günahlandırır.

İnterPress.Az