Anar Bağırov: “Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıb”backend

Anar Bağırov: “Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu \”Məhkəmə-hüquq islahatlarına vəkil baxışı\” adlı konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Vəkillər Kollegiyasının işlərinə ən böyük töhfəni Prezident İlham Əliyev verib: “Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı. Bu, illər boyu dəyişmirdi. Çox biabırçı rəqəm idi. Mən demirəm ki, bu məbləğ çox böyükdür, bütün problemləri aradan qaldırır. Onu deyə bilərəm ki, bu, postsovet dövlətləri arasında böyük rəqəmdir. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir axı. Vəkil də uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərir. Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, çox böyük rəqəmdir. Bu, vəkilliyə olan bir avansdır. Artıq Sumqayıt Regional Vəkil bürosu artıq fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf eləməyib. Şirvanda, Şəkidə də hazırda büroların binalarının təmiri aparılır\”.

İnterPress.Az