SOCAR-ın vitse-prezidenti: “Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqata ehtiyac var”backend

SOCAR-ın vitse-prezidenti: “Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqata ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.

O qeyd edib ki, bu sahələrin 32-si dənizdə, 34-ü isə quruda yerləşir.

Onun sözlərinə görə,indiyədək 80-dan çox yataq aşkar edilib, onlardan 28-i dənizdə, 52-si quruda yerləşir.\”Bu yataqlar uzun müddətdir ki, istismardadır.SOCAR kəşfiyyat işlərinə xüsusi diqqət yetirir. Hazırda böyük neft-qaz layihələri işlənilir.Eyni zamanda, ilkin kəşfiyyat işlərinin aparılmasına hazırlıq işləri görülür\”.

O qeyd edib ki, Abşeron yarımadasının şimal və cənubunda dayazsulu hissələrində böyük potensial var.

B.Hüseynov həmçinin qeyd edib ki, Azərbaycanın orta hissəsində qeyri-ənənəvi şist nefti və qazı axtarılması imkanları, geoloji şərait var:\”Biz mərhələ-mərhələ bu işlərə baxıb, ola bilər ki, gələcəkdə bu istiqamətdə işləri artıraq\”.

İnterPress.Az