Lənkəranda evdən 9 min manatlıq oğurluq edən şəxs tutulubbackend

Lənkəranda evdən 9 min manatlıq oğurluq edən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisindəki evlərin birindən 3800 manat, 1150 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş M.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az