Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Qarabağ"ın yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub

"Qarabağ” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Dərc edilib: 31 may 2019 [13:31]
Baxış sayı: 2309

İnterPress.Az-ın məlumatına görə, Azərbaycan çempionu iyunun 18-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək.

Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçi kollektiv iyunun 22-də Bolqarıstanın "Ludoqorests", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121