Yəmən İranın əlinə keçdi – VİDEObackend

Yəmən İranın əlinə keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Husi hərəkatı kimi tanınan şiələrin Ənsərullah Hərəkatı iki şəhər istisna olmaqla bütün ölkədə nəzarəti ələ keçirdiyini açıqlayıb. Dövlət başçısını həbs edən husilərlə gün ərzində danışıqlar aparılıb və sonra dövlət başçısı tələbləri qəbul etməli olub.

Tələblər konstitusiyanın dəyişməsi, sülh və əməkdaşlıq anlaşmasının icraya yönəldilməsi, təhlükəsizliyin artırılması ilə bağlıdır.

Yəmənin Prezident Administrasiyası bununla bağlı açıqlama yayaraq husilərin dövlət vəzifələrinə təyini, Şura Məclisi üzvlərinin sayının artırılması kimi tələblərin yerinə yetiriləcəyini bildirib. Bunun əvəzində isə husilər Prezidentin İşlər İdarəsinin müdiri Əhməd Avad bin Mübarəki sərbəst buraxacaqlar.

Husilərin lideri Əbdülməlik Əl Husi ələ keçirdikləri dövlət kanalı ilə xalqa müraciət edib. O, müraciətində bildirib ki, iqtidar rüşvət və korrupsiya bataqlığına yuvarlanmışdı.

İnterpress.azhttps://youtube.com/watch?v=vZkv-VbvDH0