Milli Məclisin yaz sessiyası başa çatıbbackend

Milli Məclisin yaz sessiyası başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də keçirilib.

Sonucu iclasda \”Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında\” qanun layihəsi müzakirə olunub.

Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

İnterPress.Az