“Çelsi” Bakıdakı finaldan sonra kubok sayında “Mançester Yunayted”ə çatıbbackend

“Çelsi” Bakıdakı finaldan sonra kubok sayında “Mançester Yunayted”ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, London təmsilçisi 2008-ci ildən sonra avrokubokda məğlubiyyətsiz çempion olan ilk komanda olub.

Mauritsio Sarrinin rəhbərlik etdiyi kollektiv Avropa Liqasında 15 oyunun 12-də qələbə qazanıb və 3 dəfə heç-heçə edib. Son olaraq \”Mançester Yunayted\” 2007/2008 mövsümündə məğlub olmadan Çempionlar Liqasının qalibi olub.

\”Çelsi\” həmçinin Avropada qazandığı kubok sayına görə də \”Mançester Yunayted\”də çatıb. \”Zadəganlar\” iki dəfə Avropa Liqasının və eyni sayda Kuboklar Kubokunun qalibi olub. Komanda həmçinin Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb.

\”Mançester Yunayted\” isə üç dəfə Çempionlar Liqası, eyni zamanda Kuboklar Kuboku, Avropa Liqası və UEFA Super Kubokuna sahib olub.

\”Çelsi\” yeni mövsümün əvvəlində UEFA Super Kubokunu qazanacağı təqdirdə avrokuboklarda ən çox titul qazanan ikinci İngiltərə təmsilçisi olacaq. Ölkənin Avropada ən titullu komandası isə 11 kubokla \”Liverpul\”dur.

Qeyd edək ki, \”Çelsi\” Bakı Olimpiya Stadionundakı həlledici matçda \”Arsenal\”ı 4:1 hesabı ilə məğlub edib.

İnterPress.Az