Azərbaycan boksçuları II Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaqbackend

Azərbaycan boksçuları II Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli üzvləri Belarusun paytaxtı Minskdə baş tutacaq II Avropa Oyunlarına hazırlığın son mərhələsinə qatılacaqlar. .

15 gün ərzində baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çalışacaq. Toplanış Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə olacaq.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 – 30 iyunda olacaq.

İnterPress.Az